BİZNES

29 Noyabr

Sahibkarlıq subyektlərinin su təchizatı sistemlərinə qoşulması vahid pəncərə üzərindən həyata keçiriləcək

Məqsəd su təchizatı sistemlərinə qoşulmada səmərəliliyin artırılması, həm zaman, həm vaxt və eyni zamanda vahid pəncərə sisteminin yaradılması olub. 

"Fins.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərsu-yun sədr müavini Etibar Məmmədov deyib

O qeyd edib ki, bildiyiniz kimi, kommunal xidmətlərə qoşulma indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin aparılması ilə bağlı, yəni 2022 və 2023-cü illərdə Yol xəritəsi hazırlanmışdır. Bu ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun hökumət komissiyası yaradılmışdır və eyni zamanda aidiyyatı qurumlar, o cümlədən azyaşlı səhmdar cəmiyyətində işçi qrupu yaradılmışdır.

Etibar Məmmədovun sözlərinə görə "Məqsəd su təchizatı sistemlərinə qoşulmada səmərəliliyin artırılması, həm zaman, həm vaxt və eyni zamanda vahid pəncərə sisteminin yaradılması olub. Yəni bizim bu günə qədər olan sistemimizə su təchizatı sistemlərinə olmaq üçün müraciətlərdə bizim sahibkarlıq subyektlərində həm vaxt, həm də müddət məsələsi və eyni zamanda vahid pəncərə məsələsi tətbiq olunmamışdır.

Etibar Məmmədov yeniliyin tətbiqinin sahibkarlıq subyektləri üçün yaratdığı üstünlüklərə toxunaraq "Yəni aidiyyəti yol xəritəsi 2020-ci ildə baş nazirin müavini Yaqub Eyyubov  tərəfindən təsdiq olunandan sonra artıq prosedurlar sadələşib, yəni 13-dən 3- ə endirilib, prosedurların icrası isə cəmisi bir ay müddət təyin olunub. Sahibkarlıq subyektləri, vətəndaşlarımız kiçik və orta bizneslə məşğul olan sahibkarlar vahid pəncərə üzərindən ASAN xidmət və ASAN kommunal mərkəzlərinə müraciət edəcəklər və bir ay müddətində həm ödəniş məsələsi, həm layihələrin hazırlanması və bütövlükdə sahibkarlıq subyektinin su təchizatına qoşulması cəmi bir ay müddəti aparacaq və bu da ki, həm sahibkarın vaxtına zamana, həm də onların büdcəsinə qənaətli olacaq. Bu sahədə demək olar ki, şəffaflıq tam təmin olunacaqdır. Bu da ölkə başçısı cənab İlham Əliyevin bir daha Azərbaycan vətəndaşlarının məmnunluğuna xidmət edən bir sənəddir"-deyə əlavə edib.

Müəllif:Aynur Qəniyeva