BİZNES

28 Noyabr

Azərbaycanın mənzil bazarında qiymət indeksi 5.1% artıb

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın mənzil bazarında qiymət indeksi 105,1% təşkil edib. 

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında orta illik qiymət indeksi ötən ilin müvafiq dövünə nəzərən 5.1% artıb”, - deyə məlumatda bildirilir.

9 ay ərzində ilkin mənzil bazarında qiymət indeksi 5.7%, təkrar mənzil bazarında qiymət indeksi isə 5.1% yüksəlib.