Bu gün “Kitchen Plus” restoranında “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”-nin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Marsol partnyoru olan sahibkarlarla görüşüb. Natiq bəy KOBİA-nın fəaliyyəti, iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. Natiq bəy bildirdi ki, KOBİA tərəfindən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, sahibkarlığın dəstəklənməsi tədbirləri və dəstək mexanizmləri özəl sektorun inkişafına xidmət göstərir.
Həmçinin KOBİA-nın KOB Dostu departamentinin müdiri Elnur Əliyev görüşdə iştirak edib və KOB Dostu haqqında məlumat verərək sahibkarların suallarını cavablandırıb.
“MARSOL” MMC-nin təsisçisi Tural Mustafayev şirkətin əsas fəaliyyət istiqamətlərindən və sahibkarlığın daha da inkişaf etməsi üçün həyata keçirdikləri tədbirlərdən məlumat verdi. Həmçinin Tural bəy bildirdi ki, görüşlər ənənəvi şəkildə təşkil edilir və görüşlərdə “MARSOL” MMC -nin tərəfdaşlıq etdiyi dövlət qurumlarının nümayəndələri də iştirak edir və sahibkarları maraqlandıran mövzularda müzakirələr aparılır.
Bununla yanaşı 9 dekabr tarixində “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” və “MARSOL” MMC-nin təşkilatçılığı ilə Şəki şəhərində baş tutacaq 100-ə yaxın sahibkarın iştirak edəcəyi “Regional Sahibkarların İnkişafı” layihəsi haqqında da məlumat verildi və video təqdimat izlənildi.
Baş tutan “Business Breakfast və B2B” görüşündə tanışlıqlar olub, iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verib. Ən sonda isə MARSOL partnyoru olan “Əminlər Group”-un rəhbəri Məmməd bəy istehsal etdikləri “İlğım” brendinin məhsullarından iştirak edən sahibkarlara hədiyyə edib.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər - bit.ly/3GNii3r