BİZNES

25 Noyabr

Azərbaycana daxil olan pul baratları kəskin artıb

İlkin rəqəmlərə əsasən 2022-ci ilin 9 ayı ərzində Azərbaycana daxil olan pul baratları 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,4 dəfə artaraq 2.6 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

2021-ci ilin 9 ayı ərzində Azərbaycana 772 milyon dollar, 2020-ci ilin 9 ayı ərzində isə 682 milyon dollar pul baratları daxil olmuşdu.