Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıb.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.“Tədbirin sonunda bütün tərəflər eyni vaxtda darboğazların aradan qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıblar ki, bu da razılaşdırılmış iş prinsiplərini, o cümlədən dəqiq parametrlərin icra müddəti və məsul tərəflər qeyd olunmaqla həyata keçirilməsini nəzərdə tutan konkret layihələri nəzərdə tutur. Sazişlərin həyata keçirilməsi 2025-ci ilə qədər dəhliz boyu keçid qabiliyyətini ildə 10 milyon tona çatdırmağa imkan verəcək”, - Qazaxıstan XİN-dən bildirilib.