“Orta Dəhliz çərçivəsində əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır”.
Bunu açıqlamasında Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli deyib.
“Azərbaycan Gürcüstanın etibarlı tərəfdaşıdır. Orta Dəhliz çərçivəsində sıx əməkdaşlıq həm Gürcüstan, həm də Azərbaycan üçün faydalıdır”, - o bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında fəal əməkdaşlıq qurulub.
O, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşacağına ümid etdiyini vurğulayıb: “Sülh və təhlükəsiz regiona alternativ yoxdur. Biz hər birimiz bunda maraqlıyıq. Ümid edirəm ki, tezliklə danışıqlar həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan sülh müqaviləsinin imzalanması ilə uğurla başa çatacaq”.
(c)“Report”