BİZNES

25 Noyabr

İsrail ilə Azərbaycanın çoxtərəfli və dinamik inkişaf edən əməkdaşlığı müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İsrailin Azərbaycandakı səfiri Corc Diki və səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə müşavirini qəbul edib.

"Fins.az" xəbər verir ki, görüşdə İsrail ilə Azərbaycanın çoxtərəfli və dinamik inkişaf edən əməkdaşlığı müzakirə olunub. Qeyd edilib ki, İsrailin və Azərbaycanın iqtisadi inkişafı modelinin xüsusiyyətləri, xüsusən də yüksək texnologiyalar, bərpa olunan enerji, aqrobiznes, əczaçılıq, kibertəhlükəsizlik, turizm sahələri nəzərə alınmaqla əməkdaşlığın genişləndirilməsi üçün imkanlar genişdir. İsraildə inkişaf etmiş startap təcrübəsinin Azərbaycanda da tətbiqi və İsrail beyin mərkəzləri ilə İİTKM-in əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 V.Qasımlı İsrailin Azərbaycandakı səfiri Corc Dikə İİTKM-in hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur rayonlarında post-konflikt quruculuğu” kitabını təqdim edib və Azərbaycanda strateji idarəetmə və iqtisadi islahatlar barədə məlumat verib.

İsrailli qonaq, həmçinin “EnterpriseAzerbaijan” platformasında olan 10-a qədər startapla tanış olub və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini ziyarət edib.