BİZNES

23 Noyabr

Antiinhisar tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları 173 dəfə artıb

2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 14 iş qaldırılıb, 14 işin baxılması başa çatıb.

Xidmətin yayadığı məlumata görə,baxılmış işlər üzrə 1,9 milyon manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 7 iş qaldırılmış, 5 işin baxılması başa çatdırılmış və 11 min manat maliyyə sanksiyası tətbiq edilmişdi. Beləliklə, tətbiq edilmiş maliyyə sanksiyalarının cəmi məbləği təxminən 173 dəfə artıb.