“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Tekstil” MMC özəlləşdiriləcək.
"Fins.az" xəbər verir ki, müəssisənin özəlləşdirilməsinə nüfuzlu investorların cəlb edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlər ünvanlanaraq müəssisə haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, müəssisə 6,4 hektar sahədə yerləşir. Müəssisədə istehsal binaları və tikililəri 12,5 min kv m, ümum faydalı sahə 30 min kv m.dir. burada 3,5 h sərbəst torpaq sahəsi var ki, investorlar burada hər hansı müəssisənin tikintisini apara bilər.
Hazırda mövcud avadanlıqların istehsal gücü bir günə 3 növbəli iş prinsipi əsasında 8-9 ton arasıdır.
Hazırda müəssisənin əsas vəsaitlərinin balans dəyəri 1 mln 608 min manatdır. Lakin qiymətləndirici təşkilatın qiymətləndirmələrindən sonra müəssisənin ilkin hərrac qiyməti müəyyən olunacaq.
Müəllif:Aynur Qəniyeva