BİZNES

23 Noyabr

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir - Orxan Məmmədov

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir.

Fins.az-ın məlumatına görə, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

"İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir", - deyə o bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 9 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.