BİZNES

22 Noyabr

Dövlət xidməti ölkənin 2 iri yağ istehsalçısına qarşı iş qaldırdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli  yer tutan qida məhsulları bazarında monitorinqləri davam etdirir.

"Fins.az" xəbər verir ki, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb.

Dövlət Xidməti tərəfindən araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilir.