“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə "Fins.az"a şirkətin idarə heyətindən bildirilib. Məlumata görə, yığıncaqda Səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyası (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi daxildir.
1998-ci ildə dövlət qeydiyyatına alınmış və 137070 manat nizamnamə kapitalı olan “Avrora-Çay” ASC-nin qanuni təmsilçisi Gülqayıt Quliyevadır