BİZNES

21 Noyabr

Mikayıl Cabbarov: Sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur 

Bu ilin yanvar-oktyabr aylarında əsas kapital-a yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 mln.manat olub.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

O bildirib ki,  Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3.082,0 mln. manat təşkil edib. Qeyrineft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur.