V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib:
“Sahibkarlığın İnkişafı Fondu tərəfindən V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb. Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir”.