2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 229 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 28,6% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin 9 ayının yekunları üzrə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 337 min kvadratmetr təşkil edib. Beləliklə, təkcə oktyabr ayında ölkədə 892 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Yanvar-oktyabr aylarında yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 731,6 milyon manat (azalma 12,4%), oktyabrda 71,5 milyon manat təşkil edib.