Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.9% artaraq 905.4 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 24.5%, tikinti gipsinin istehsalı 27.7%, hörmə üçün hazır beton qarışığının istehsalı 25.3%, tikinti əhənginin istehsalı 27.8% artıb.