BİZNES

21 Noyabr

Azərbaycanda kompüter istehsalı 10%-dən çox artıb

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180,1 milyon manatlıq məhsul istehsal olunub.

Fins.az bu barədə  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə elektrik avadanlıqlarının istehsalı 41,4%, kompüter, elektron və optik məhsulların istehsalı isə 10,3% artıb.