İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı növbəti Sərbəst Satış Sertifikatlarını təqdim edib. Sertifikatlar Azərbaycanda “İsmayıllı Şərab-2” ASC tərəfindən istehsal olunan “Chabian” brendli şərab məhsullarının Rusiya Fedorasiyasına ixracı üçün nəzərdə tutulub.
"Fins.az" xəbər verir ki, bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı məlumat yayımlayıb.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun Azexport portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2022-ci il noyabr ayına kimi 633 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.