BİZNES

18 Noyabr

“Azərbaycan Sənaye Korporasiyası”nın Baş direktoru yeni şirkətin müşahidə şurasında

22 Sentyabr 2022-ci il tarixində Dövlət Vergi Xidməti "İnteral" MMC-ni dövlət qeydiyyatına alıb.

"Fins.az" xəbər verir ki, Müşahidə şurasının üzvlərinin ikisi Nəbizadə Kamran Telman oğlu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktorudur.  Cavadov Maksim Yaqub oğlu isə “ASNAF” Sənaye Şirkəti MMC-nin Baş direktorudur. 

Nizamnamə kapitalı 10 min avro olan "İnteral" MMC-nin qanuni təmsilçisi Türkiyə vətəndaşı Car Ermandır. Müşahidə şurasının üzvləri isə Nəbizadə Kamran Teleman oğlu, Cavadov Maksim Yaqub oğlu, Wilbers Rolf Heino, Erol Ayçin və Kreitzberg Markdır. 

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İzmir ev.14-dür.