2026-cı ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin 20%-i keçməməsi hədəflənir.
Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda çıxış edən Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin (OMXÇ) direktor müavini Rəşad Həsənov deyib.
O bildirib ki, 2018-ci ildə bu göstərici Azərbaycanda 30 %-dən yuxarı olub və 2026-cı ilin sonuna qədər 17,5 %-ə endirilməsi hədəflənir: "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda bu göstəricinin 2026-cı ilin sonuna qədər 17,5 %-ə endirilməsi hədəflənir".
R. Həsənov həmçinin büdcə qaydasının digər lövbərinin dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi olduğunu bildirib. “Fiskal dayanıqlığın digər mühüm elementi borc dayanıqlığıdır. “2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”da 2026-cı ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin 20%-i keçməməsi hədəflənir”,-deyə qeyd edib.