Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumuna qatılan 12-yə yaxın Türkiyə şirkəti Qarabağın bərpasında yer almaq, yatırım etmək istəyir.
Bunu "Fins.az"-a açıqlamasında İslam Gənclər Forumunun prezidenti Taha Ayhan deyib.
T.Ayhan qeyd edib ki, hazırda Qarabağda hava limanı, yol tikintisi, infrastruktur layihələrində, o cümlədən Türkiyə ilə Azərbaycanın ortaq layihəsi olan Zəngilanda yerləşən "Dostluq aqroparkı"nda 16-ya yaxın Türkiyə şirkəti iştirak edir.
"Yeni yaradılan "Dostluq Aqropark"ına 120 milyon dollar yatırımın olacağı gözlənilir"- T.Ayhan əlavə edib.