BİZNES

17 Noyabr

Mövlan Paşayev birinci Bakı Beynəlxalq CEO Sammitində çıxış edib

PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev birinci Bakı Beynəlxalq CEO Sammitində iştirak edib. Sammit noyabrın 15-də Marriott Boulevard Hoteldə baş tutub.

 “Azərsun Holdinq”in Baş İcraçı Direktoru Savaş Uzan, “Coca-Cola Bottlers Azerbaijan” şirkətinin Baş Direktoru Rəna Məmmədova və Smart Solutions Group-un Rəhbəri Kənan Tabasaranski tədbirin mövzusu “Yeni İstehlakçı Landşaftı: Strategiyaları və Müştəri Təcrübəsini Formalaşdıran Davranış Dəyişiklikləro” üzrə öz fikirlərini bölüşüblər.

Mövlan regiondakı bazarlarda və müştərilərdə baş verən dəyişikliklərlə bağlı fikirlərini bölüşüb və PwC-nin yeni reallıqlara necə cavab verməsi barədə danışıb. O, həmçinin müasir rəhbərliyin ən son innovativ yanaşmaları və gözləntiləri mövzusuna toxunub.

“Onilliklər ərzində müşahidə olunan texnoloji tənəzzüldən sonra təşkilatlar yeni dəyişiklik dalğası ilə üzləşir və tələbin əsas amilləri olan qiymət, keyfiyyət və rahatlıq haqqında köhnəlmiş fikirləri yenidən nəzərdən keçirirlər. İstehlakçı gözləntiləri inflyasiya, təchizat zəncirində pozulmalar baş verdikcə və ətraf mühit, sosial və idarəetmə (ESG) məsələlərində aktivlik  artdıqca dəyişir. Bundan əlavə, tənəzzül ehtimalı qiymətə, rəqabətə və dəyərlərə təsir edir”, - deyə Mövlan bildirib.

“Baku International CEO Summit” tədbiri meqatrendlərin, insanların, istehlakçı davranışının, innovasiyaların və texnologiya inkişafının dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması vasitəsilə qabaqcıl təcrübələri bölüşmək məqsədini daşıyan yerli və qlobal şirkətlərin Baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları bir araya gətirən ilk tədbir oldu.