BİZNES

17 Noyabr

Orxan Məmmədov: Qrant proqramının qaliblərinin əksəriyyətini məhz gənclər təşkil edir

Qrant proqramının qaliblərinin əksəriyyətini məhz gənclər təşkil edir.

"Fins.az" xəbər verir ki,bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında deyib.

O bildirib ki, iqtisadi fəal əhalinin 27%-ə yaxınını gənclərin təşkil etdiyi Azərbaycanda bu kateqoriyadan olan şəxslərin biznes yönümlü inkişafı istiqamətində hərtərəfli tədbirlər həyata keçirilir, onların ehtiyaclarına uyğun dəstək mexanizmləri və biznes çərçivəsi təmin edilir.

Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən təqdim edilən və 3 il müddətinə innovasiya fəaliyyətindən əldə edilən gəlir üzrə vergi azadolması təmin edən startap şəhadətnaməsi almış şəxslərin, eləcə də təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə Qrant proqramının qaliblərinin əksəriyyətini məhz gənclər təşkil edir.