İnvestisiya layihələrinin reallaşdırılmasına dövlət tərəfindən geniş dəstək göstərilir.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası kimi məqsədlərə hədəflənir.
Nazir müavinin sözlərinə görə qarşıya qoyulmuş hədəflərə nail olunmasında sahibkarlardan da böyük gözləntilər var. Elnur əliyev gənclərin iqtisadi fəallığının artırılması üçün həyata keçirilən tədbirləri sadalayaraq "Bu baxımdan, ölkəmizdə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, startapların dəstəklənməsi, investisiya layihələrinin reallaşdırılmasına dövlət tərəfindən geniş dəstək göstərilir. Bütün bunların nəticəsidir ki, son illərdə gənc sahibkarların sayının artması müşahidə edilir",deyə bildirib.
Müəllif:Aynur Qəniyeva