Ölkənin strateji valyuta ehtiyatları 56,4 milyard ABŞ dolları təşkil etməklə 2021-ci il üzrə ÜDM-in həcmini ötüb.
"Fins.az"xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, ölkəmizdə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, qlobal müstəvidə geosiyasi gərginliyin artması fonunda 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri bir qədər də intensivləşdirib.
Nazir müavinin sözlərinə görə bu müddətdə ÜDM real ifadədə 5,2 faiz, qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 9,7 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 56,4 milyard ABŞ dolları təşkil etməklə 2021-ci il üzrə ÜDM-in həcmini ötüb.
Elnur Əliyev xarici ticarət dövriyyəsinə də diqqəti cəkb edərək" Xarici ticarət dövriyyəsi 46 milyard ABŞ dollarından artıq olmuş, 23 milyard ABŞ dollarından çox müsbət saldo formalaşıb",-deyə bildirib.
Müəllif:Aynur Qəniyeva