BİZNES

16 Noyabr

Nicat İmanov: Strateji hədəflər olaraq idxalın yerli istehsalla əvəzlənməsi prosesləri nəzərdə tutulur

Strateji hədəflər olaraq idxalın yerli istehsalla əvəzlənməsi prosesləri nəzərdə tutulur.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib. 

O qeyd edib ki, Dövlət Vergi Xidmətinin 2022-26-cı illər üçün həyata keçirəcəyi siyasət tədbirlərində əsas iki istiqamət nəzərdə tutulmuşdur.

Onun sözlərinə görə, bu iqtisadiyyatın strateji sahələrin inkişafının stimullaşdırılması ilə bağlıdır. Yəni bu, strateji inkişaf sahələrinin vergi siyasətinin rolunun dərinləşdirilməsidir. Burada əsas hədəf olaraq strateji hədəflər olaraq idxalın yerli istehsalla əvəzlənməsi prosesləri nəzərdə tutulur.

Nicat İmanov bildirib ki, investorların iqtisadiyyata marağının artırılması və qeyri xammal ixracının stimullaşdırılmasıdır maliyyə və kapital bazarlarının, sığorta sektorunun inkişafı üçün təşviqedici tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda, İKT nin inkişafı, ölkənin nəqliyyat, logistika, habına çevrilməsi ilə bağlı tədbirlərin dəstək tədbirlərinin həyata keçirilməsidir. Növbəti istiqamət əsas istiqamət isə kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsidir və bu istiqamət üzrə də əsas strateji hədəflər olaraq kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin amnistiyasının mexanizmlərinin hazırlanması və ümumi bəyannamə sisteminə keçidin əsaslarının yaradılmasıdır. İqtisadiyyatın şəffaflaşması uçot siyasətinin təkmilləşdirilməsi və aktuallığının artırılması, eyni zamanda rəqəmsallaşmanın genişlənməsi və yeni elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsidir.

Nicat İmanov əlavə edib ki, biz hər iki istiqamət üzrə hüquqlara baxdıqda, əsas etibarilə investisiya mühitinin genişləndirilməsi və bununla paralel investisiya mühitini təşviq etmək üçün veriləcək vergi təşviqləri ilə yanaşı, kölgə iqtisada mübarizə və paralel şəkildə həyata keçirilməlidir ki, bu, şəffaflıq baxımından haqsız rəqabətin aradan qaldırılmasına və vergi təşviqləri fonunda ağaran iqtisadiyyat və dövriyyələrin, o cümlədən büdcəyə çatası vergilərin də bu fonda olmasına nail olunması, həm də vergi, qanunvericiliyə dəyişikliklərin istiqamətləri əlbəttə ki, 2022 -2026-cı ilin sosial iqtisadi inkişaf strategiyasından irəli gəlir.

Vergi Xidmətinin rəsmisi "Eyni zamanda, həmin strategiyanın ərsəyə gəlməsində əsas rol oynayan məhz ölkə başçısının müvafiq fərman və sərəncamlarıdır.",-deyə bildirib.