Artıq sahibaklıq subyektləri şəffaflıq göstəricilərinə əməl edirlər.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə çağırışların fayda verməsi müsbət haldır:" Bu cür forumların hesabına biznes nümayəndələri bundan faydalanırlar. Artıq dövriyyələrin ağarmasında bunu görürük. Büdcə daxilolmaları məhz 94 faiz səviyyəsində vergi ödəyicilərinin özlərinin bəyan etdikləri ödəmələr hesabına təmin edilir. Əvvəlki illərlə müqayisədə kifayət qədər müsbət dinamikadır. Bu sahibakların şəffaflığa meyilliyini, eyni zamanda investisiya qoyuluşlarına da meyil etdiyini göstərir. Əlbəttə ki, təşviqlər və işğaldan azad edilmiş ərazilərə verilən geniş təşviqlər, şərait yaradır ki, iş adamları investisiyanı ölkəyə yatırmaqla proseslərdən faydalansınlar".