BİZNES

15 Noyabr

2022-ci ildə Azərbaycan ilə Aİ arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edəcək.

2022-ci ilin yekunları üzrə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi $500 milyon təşkil edəcək.

Bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ABŞ-la ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərib, lakin hazırda tərəflər iqtisadi-ticarət əlaqələrini bərpa etməyə çalışır.

“Əgər pandemiyadan əvvəl ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən $800 milyon idisə, pandemiya dövründə onun həcmi digər ölkələrlə olduğu kimi azalıb. Hesab edirəm ki, 2022-ci ilin sonuna kimi ticarət dövriyyəsi təxminən $500 milyon olacaq, sentyabr ayında isə $400 milyondan bir qədər çox təşkil edib”, - deyə səfir “Rasim Babayevlə müasir söhbət” YouTube kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “bizim daha da fəal şəkildə işləməli olduğumuz bir çox istiqamətlər var”.

X.İbrahim qeyd edib ki, ilin sonuna qədər ABŞ-da Azərbaycanla iqtisadi əməkdaşlıq çərçivəsində iki böyük tədbirin keçirilməsi planlaşdırılır. “Azərbaycandan iş adamlarının da qatılacağı aqrar forum keçiriləcək. Müxtəlif şirkətlərə, fermalara səfərlər təşkil olunacaq. Logistika, daşıma məsələləri ilə bağlı digər tədbir isə Baltimorda keçiriləcək”, - deyə diplomat əlavə edib.