BİZNES

15 Noyabr

Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə daxilolmalar 90%-dən çox artıb

2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.

"Fins.az" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1% və ya 6,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.