Bu ilin sentyabr ayında Azərbaycana 97 053 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün nəzərdə tutulan telefon aparatları idxal olunub.
Bu barədə "Fins.az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni ayı ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 33,4 faiz, bu ilin avqust ayına nisbətdə isə 41,9 faiz azalıb.
Cari ilin sentyabrında ölkəyə idxal olunan məhsulların dəyəri 20 984,8 min ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin sentyabr ayının göstəricisindən 22,6 faiz çox, bu ilin avqust ayının göstəricisindən isə 32,5 faiz azdır.
Həmçinin bildirilib ki, ümumilikdə cari ilin yanvar-sentyabr aylarında ölkəyə 983 179 ədəd mobil qurğu idxal edilib. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 19,6 faiz azalma müşahidə olunub. Hesabat dövründə idxal olunan məhsulların dəyəri 186 039,8 min dollar təşkil edib ki, buda ötən eyni göstəricisindən 3,7 faiz çoxdur.