BİZNES

15 Noyabr

KOBSKA Beynəlxalq Şəbəkənin üzvü seçilib

KOB Subyektləri və Klublarının Assosiasiyası  INSME (The International Network for Small and Medium Enterprises – INSME ) üzvü seçilib. 

Kiçik və Orta Sahibkarlar üçün Beynəlxalq Şəbəkə - INSME 2000-ci ildə İtaliya Höküməti tərəfindən təsis edilib. Əsas fəaliyyəti dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər, biznesə dəstək təşkilatları, beynəlxalq miqyasda ticarət palataları da daxil olmaqla innovasiya və texnologiya transferi ilə bağlı maraqlı tərəfləri bir araya toplamaqdır. Şəbəkə dövlət-özəl tərəfdaşlığın yaradılması üçün vasitəçi rolunu oynayır.  

INSME-də Azərbaycan üzrə ilk və yeganə assosiasiya üzvlüyü KOBSKA-ya məxsusdur. Qeyd edək ki, sözügedən beynəlxalq şəbəkənin ölkə üzrə digər üzvü və dövləti təmsil edən qurumu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Beləliklə 34 ölkədən 64 üzvə  (2021-ci ilin mart ayına olan hesablamaya əsasən) sahib olan beynəlxalq şəbəkədə Azərbaycan iki qurumla təmsil olunmaqdadır.