BİZNES

14 Noyabr

KOBSKA USAID-in maliyyə dəstəyi ilə Mikro Sahibkarlar üçün “Coworking” mərkəzi təsis edib

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası(KOBSKA), USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində USAID-in maliyyə dəstəyi ilə Mikro Sahibkarlar üçün “Coworking” Mərkəzi təsis edib.

"Fins.az" xəbər verir ki,mərkəzin təsis edilməsində əsas məqsəd mikro sahibkarlara ofis şəraiti yaradaraq fəaliyyətlərini dəstəkləməkdir.

3 ay davam edəcək proqram üzrə sahibkarlar Mərkəzdə ofis şəraiti, görüş otağı,  kompüter, printer, proyektor kimi texniki vasitələrdən istifadə etmə imkanı ilə təmin olunacaqlar.

Həmçinin Mərkəzdə sahibkarların biznes savadının və bacarıqlarının artırılması məqsədi ilə təcrübəli təlimçilər tərəfindən müxtəlif mövzuda təlimlərin keçirilməsi nəzərdə tutulub.

Layihənin imkanlarından istifadə etmək istəyən mikro sahibkarların qeydiyyatdan keçməsi mütləqdir.

Qeydiyyat linki: bit.ly/3tgGxza

Qeyd edək ki, 15 dekabr son qeydiyyat günüdür.