BİZNES

14 Noyabr

USAID-in layihəsinin iştirakçıları Azərbaycandan tədarüklə maraqlanan alıcılarla görüşlər keçirəcək

Qlobal Sahibkarlıq Həftəsini qeyd edərkən, bir qrup azərbaycanlı fermer və emalçı İsrailin Azərbaycandakı səfirliyi ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyi -USAID Özəl Sektorun İnkişafı Layihəsi tərəfindən dəstəklənən İsrailə ticarət missiyasında iştirak edir.

"Fins.az" xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi  məlumat yayımlayıb. 

Məlumata görə, iştirakçılar İsrail qida sənayesindən qabaqcıl bilik, bacarıq və avadanlıq istifadəçiləri, habelə təchizatçıları haqqında öyrənəcək və Azərbaycandan tədarüklə maraqlanan alıcılarla görüşlər keçirəcəklər.

Ticarət missiyası azərbaycanlı fermerlərə, emalçılara və ixracatçılara həm alıcılardan qida keyfiyyəti tələbləri, həm də Azərbaycanda qablaşdırma və istehsalın standartlaşdırılmasının təkmilləşdirilməsi imkanlarını öyrənməyə kömək edəcək.

Son illərdə USAID-in təşkil etdiyi beynəlxalq tanışlıq səfərləri azərbaycanlı fermerlərə və emalçılara fayda verərək təkmilləşdirilmiş becərmə və idarəetmə təcrübələri kimi sübut edilmiş təsirlərlə nəticələnib.