BİZNES

14 Noyabr

Aktiv vergi ödəyicilərinin sayı 6% artıb

2022-ci il noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6 faiz artaraq 705.061 olub.

"Fins.az" xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə,yanvar-oktyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 11,7 faiz artıb və 38.739 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 3,1 faiz artaraq 188.961-ə çatıb.