2022-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 401,5 manatlıq, o cümlədən 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 175,9 manatlıq qeyri-ərzaq malları alıb.
"Fins.az" xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,4 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalarda 4,0 faiz artmışdır