BİZNES

14 Noyabr

Mobil rabitə sektorunun gəlirləri artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 857.5 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, cari ilin 10 ayı ərzində, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47.2 mln. manat və ya 5.8% artıb.

Bu ilin oktyabr ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 5.7% və ya 5 mln. manat artaraq 91.7 mln. manat olub. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 1.9% və ya 1.7 mln. manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39%-ni təşkil edib.

Ümumilikdə cari ilin yanvar-oktyabr aylarında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 2199.6 mln. manatlıq xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə real ifadədə 15.7% çoxdur. Xidmətlərin 73.9%-i əhali tərəfindən istehlak olunub.

(c)vergiler.az