BİZNES

11 Noyabr

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 31%-ə yaxın ARTIB

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 646 milyon 741 min manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,7 % artaraq 1 milyard 137 milyon 282 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 37,4 % artaraq 3 milyard 322 milyon 906 min manat, aksizlər üzrə daxilolmalar 1,25 % artaraq 133 milyon 948 min manat, yol vergisi üzrə daxilolmalar isə 47,3 % artaraq 52 milyon 606 min manat olub.