BİZNES

10 Noyabr

Emil İsgəndərov "Caspian Energy UAE " ın sədri vəzifəsinə təyin olunub

Bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, "Caspian Energy  UAE”  Emil Isgəndərovun başçılığı altında Birləşmiş Ərəb Əmirlikləri ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum UAE”,  “Caspian Energy Award UAE”, “Brand Award UAE” və həmçinin Birləşmiş Ərəb Əmirliklərinin  bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.

Emil Isgəndərov ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"ın Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Emil Isgəndərov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.

 Emil Isgəndərov 28 avqust 1983-cu il tarixində Azərbaycanda anadan olub. 2000-ci ildə 189 nömrəli məktəbi bitirdikdən sonra bakalavr təhsili almışdır. 2015-ci ildə Dubayda yerləşən Amerikan universitetində Biznesin idarə edilməsi uzrə təhsil almışdır.

 Emil Isgəndərov artıq 20 ildən çox müddətdir ki BƏƏ-də yaşayan Azərbaycan icmasında xüsusi hörmətə malikdir. O, vətənini sevən şəxs kimi daima ölkəmizin və dövlətçiliyimizin maraqlarını müdafiə edərək öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməkdədir. İstər COVİD-19 pandemiyası dönəmində, istərsə də ölkəmizin 44 günlük Vətən Müharibəsi ərəfəsində həmyerlilərimizə öz maddi və mənəvi dəstəyini əsirgəməyərək, onları daim diqqət mərkəzində saxlamışdır. Bununla yanaşı, Emil İsgəndərov AR-nın Dubaydakı Baş Konsulluğu tərəfindən təşkil edilmiş bütün tədbirlərdə aktiv şəkildə iştrak edərək öz töhfəsini vermişdir. E. İsgəndərov bugün də ölkəmizin maraqlarını və ümumilikdə Azərbaycançılıq məfkurəsini BƏƏ-də ciddi surətdə təbliğ etməkdədir.

Sıralarında dünyanın 50 ölkəsindən 5,000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialogunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.