BİZNES

10 Noyabr

\"S&P Global Ratings\" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

"SP Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

Fins.az Agentliyə istinadən xəbər verir ki, bu il üzrə real ümumdaxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 4,0% müəyyən edib. Başqa sözlə, "SP Global Ratings" aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1,3% yüksəldib.

Agentlik 2023 və 2024-cü illərdə Azərbaycanda real ÜDM-in artımını 1,5%, 2025-ci ildə isə 1% civarında proqnozlaşdırır.

Qeyd edək ki, "SP" qarşıdakı üç il üzrə proqnozunu korrektə etməyib.