2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 faiz artaraq 307 milyon 145,3 min manat təşkil edib.
"Fins.az" xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə,Gəncə şəhərində hüquqi şəxslər tərəfindən əhaliyə 67 milyon 705,4 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 22,0 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 16,6 faizi dövlət, 83,4 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur. 2021-ci ilin müvafiq dövrünə nisbətən dövlət mülkiyyətində 41,2 faiz, qeyri-dövlət mülkiyyətində 2,9 faiz artım əldə edilmişdir.
Yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla ayda cəmi 95,5 manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
