BİZNES

10 Noyabr

Gəncənin ictimai iaşə dövriyyəsi 45%-ə yaxın artıb

2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında məlumatlar açıqlanıb.

"Fins.az" xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artaraq 22 milyon 840,2 min manat təşkil etmişdir. Dövriyyənin 22 milyon 779,7 min manatı (99,7 faizi) fiziki şəxslərin hesabına təmin olunmuşdur.