“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) ona məxsus “ASK Xidmət” və “ASK Şüşə” MMC-lərin nizamnamə kapitallarına yenidən baxıb.
“ASK Xidmət”in kapitalı 30 808 manat və yaxud 90,1 % artırılaraq 34 210 manatdan 65 018 manata çatdırılıb, “ASK Şüşə”nin kapitalı isə 4 122 121 manat və yaxud 11,6 % azaldılaraq 35 427 663 manatdan 31 305 542 manata endirilib.
