Azərbaycan Brendlər Birliyinin və Ailə Sosial Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı, Mosaic Group MMC-nin, BG Stroe, FLO, Chicco, OVS Kids brendlərinin dəstəyi ilə, Azərbaycan Rəssamlar İttifaqı, Times Consualting və Dəniz Mall ilə əməkdaşlıqda 8 Noyabr Zəfər Günü münasibəti ilə 05-12 yaşlı uşaqlar arasında “ŞİRİN RƏNGLƏR RƏSM FESTİVALI 2” keçirilib. "Fins.az" xəbər verir ki, festivala 100 yaxın rəsm əsəri göndərilib. Müsiflər heyyəti tərəfindən festivala göndərilən rəsm əsərləri qiymətləndirilib və 10 rəsm əsəri qalib olaraq seçilib.
Festivalın yekun tədbiri və qaliblərin elanı 05 noyabr 2022-ci il tarixdə saat 18:00-da Dəniz Mall-da 2ci mərtəbədə baş tutacaq. Təşkilatçılar tərəfindən tədbir zamanı qalib 10 şəkil mükafatlandırılacaq və bütün iştirakçılar sertifikatla təmin ediləcəklər.
