BİZNES

04 phrase_var_core.november

TÜRKONFED Ələt Azad İqtisadi Zonasının rəhbəri ilə görüşüb

Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində TÜRKONFED-Türkiyə Müəssisə və Biznes Konfederasiyasının nümayəndə heyəti  Ələt Azad İqtisadi Zonasının ofisində olub və ƏAİZ-nin sədri cənab Valeh Ələsgərov ilə görüşüb.

"Fins.az" xəbər verir ki, görüş zamanı sədr AFES-in unikal hüquqi bazası, onun biznes üçün əlverişli fəaliyyət mühiti, investorlar üçün nəzərdə tutulan güzəştlər və stimullar, aparılan tikinti və infrastrukturun inkişafı barədə məlumat verib. O, türk sərmayədarları üçün əlverişli şəraitin olduğunu da vurğulayıb.

Hər iki tərəf qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.