BİZNES

04 phrase_var_core.november

Allahverdiyev Roman  "Caspian Energy Poland "-ın sədri vəzifəsinə təyin olunub

Allahverdiyev Roman  "Caspian Energy Poland "-ın sədri vəzifəsinə təyin olunub.

 Bu barədə "Caspian Energy Club"-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, "Caspian Energy Poland”   Polşa ərazisində "Caspian Energy Club"-un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum Poland”,  “Caspian Energy Award Poland”, “Brand Award Poland” və həmçinin Polşanın bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.

Allahverdiyev Roman ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"ın Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Allahverdiyev Roman Azərbaycan və Polşa sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.

 Allahverdiyev Roman Səlimxan oğlu 07 oktyabr 1984-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə almışdır. İlk ali təhsilini 2000-2004-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə almışdır. İkinci ali təhsilini 2005-2010-ci illərdə Bakı Dövlət Universitetində Hüquq ixtisası üzrə almışdır. 2006-2022–ci illərdə “WE Forward” MMC çalışmışdır. Hal-hazırda “VVE Group” MMC də direktor vəzifəsində çalışır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialogunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.