BİZNES

02 phrase_var_core.november

HP:Növbəti il üçün DGK xətti ilə təmin edilməli gəlirlərin idxalın həcminə nisbəti azalıb

2023-cü il üçün idxalın həcminin cari ilə gözlənilən idxalın həcmilə müqayisədə artımla nəzərdə tutulması şəraitində növbəti il üçün DGK xətti ilə təmin edilməli gəlirlərin idxalın həcminə nisbəti azalıb

"Fins.az"xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib

Qeyd olunub ki, 2023-cü ilin layihəsində DGK üzrə daxilolmalar cari ilin proqnozuna nisbətən 145,0 mln. manat çox olmaqla 4750,0 mln. manat proqnozlaşdırılıb.

2023-cü il üçün idxalın həcminin cari ilə gözlənilən idxalın həcmilə müqayisədə 4,7% artmaqla 21205,3 mln. manat nəzərdə tutulması şəraitində növbəti il üçün DGK xətti ilə təmin edilməli gəlirlərin idxalın həcminə nisbəti 2021-ci ilin faktiki və 2022-ci ilin dürüstləşdirilmiş müvafiq olaraq, 0,4 faiz bəndi artmış və 0,4 faiz bəndi azalıb.

Eyni zamanda qeyd edilməlidir ki, növbəti il üçün idxalın həcminin artması idxalda ƏDV-yə cəlb olunmayan idxalın həcminin cari ilin gözləniləninə nisbətən 3,7 faiz bəndi azalması şəraitində baş verəcək.