Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin birbaşa sərmayələrində maraqlıdır. Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bəyan edib.
“Azərbaycan AİB-ə üzv ölkələrin birbaşa investisiyalarında maraqlıdır. Ölkəmiz sərmayələr üçün meydançaya çevrilə bilər və biz əməkdaşlığa hazırıq”, - Əliyev cümə axşamı Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunun panel sessiyasında bildirib.
O cümlədən, nazir müavini qeyd edib ki, Azərbaycan AİB ölkələri ilə ticarət əməkaşlığının genişləndirilməsində maraqlıdır. “2021-ci ilin yekunları üzrə Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsinin artımı 14%, 2022-ci ilin 9 ayı ərzində - 31% təşkil edib. Bütövlükdə, Azərbaycanın xarici ticarətində AİB ölkələrinin xüsusi çəkisi 8% təşkil edir”, - Əliyev vurğulayıb.
Eyni zamanda, o bildirib ki, müəyyən dərəcədə mənfi təsir göstərə biləcək məsələlər mövcuddur. “Xüsusilə, vahid gömrük tarifləri dövlətin faktiki olaraq, onlara nəzarətin itirilməsinə gətirə bilər, bu da mənfi təsirlərə səbəb ola bilər. Bu səbəbdən, bunu nəzərə almaq lazımdır. Azərbaycan bu mənfi məqamları aradan qaldırmaq məqsədilə (xarici iqtisadi münasibətlərdə - İF) ikitərəfli münasibətlərin inkişafı siyasətini yürüdür”, - o bildirib.
Vahid maliyyə nazarının formalaşmasına (AİB çərçivəsində) toxunan Əliyev vurğulayıb ki, onun yaradılması müəyyən üstünlüklər verəcək. “Lakin, bunun hər bir ölkəyə necə təsitr edəcəyini araşdırmaq və xidmətlər tədarükçülərinin risklərini nəzərdən keçirmək lazımdır. O cümlədən, siyasi və iqtisadi çaöırışları nəzərə almaq lazımdır”, - o hesab edir.
Eyni zamanda, nazir müavini Azərbaycanın tranzit ölkə olaraq vacibliyini qeyd edib. Onun sözlərinə görə, 2022-ci ilin 9 ayı ərzində Azərbaycan c=vasitəsilə tranzit yüklərin həcmi 65% artıb. “Bu, böyük potensialdan xəbər verir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dhlziləri çərçivəsində tranzitin həcmi dəniz limanlarını dəyişidrmək və beynəlxalq statusa çevirmək imkanı yaradacaq”, - o qeyd edib.
Əliyev, həmçinin bildirib ki, gələcəkdə yükdaşımalarının ümumi həcmi illik 50 milyon tona çata bilər.
(c)interfax