BİZNES

27 Oktyabr

Azərbaycan və Rusiya KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmləri müzakirə edib

Azərbaycan və Rusiya arasında KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmlərinin tətbiqi imkanlarını müzakirə edilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

Müzakirələr O. Məmmədovun Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titovla Bakıda keçirilən görüşdə aparılıb.