BİZNES

29 phrase_var_core.october

Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında üçlükdədir

Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında ilk üçlükdədir.

Qonşu ölkənin bu ilin 3 rübü ərzində Azərbaycana ixrac etdiyi məhsulun həcmi 488 mln. dollardır.

Gürcüstan Azərbaycandan sonra 473 mln. dollarlıq ixracatı Rusiyaya həyata keçirib.

Cari ilin 9 ayı ərzində Gürcüstanın ən böyük ixracatı isə Çinə olub. Belə ki, bu ölkəyə Gürcüstandan 574,8 mln. dollarlıq məhsul ixrac edilib.