Azərbaycanla Polşa arasında siyasi münasibətlər yaxşı səviyyədədir və dinamik inkişaf edir, lakin iqtisadi münasibətlər haqqında bunu demək olmaz.
Bu sözləri Polşanın İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Departamentinin İkitərəfli əməkdaşlıq şöbəsinin müdiri Matsey Falkovski deyib.
“Ölkələrimiz arasında münasibətlər yaxşı səviyyədədir və inkişaf edir, iqtisadi əlaqələr haqqında isə bunu demək olmaz. Münasibətlərimizin iqtisadi tərkib hissəsini də inkişaf etdirməyin vaxtı çatıb. Mövcud ticarət dövriyyəsi imkanlarımızı tam əks etdirmir”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda bildirib.
M.Falkovski vurğulayıb ki, Varşava-Bakı aviareysinin açılması və Qdansk limanı ilə Bakı Dəniz Limanı arasında əməkdaşlıq sazişinin imzalanması iqtisadi münasibətlərin inkişafı üçün yaxşı stimuldur.
O, həmçinin qeyd edib ki, Polşanın İnvestisiya və Ticarət Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında Əməkdaşlıq haqqında Memorandum iqtisadi münasibətlərin inkişafına əlavə təkan verəcək